• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Ukraynaya daha 180 min mərmi tədarük ediləcək

DÜNYA

06 Yanvar 2025 | 15:50

Ukraynaya daha 180 min mərmi tədarük ediləcək

Ukrayna Müdafiə Nazirliyi “Rheinmetall” şirkətindən “Gepard” özüyeriyən zenit qurğusu üçün əlavə 180 min ədəd 35 mm-lik mərmi sifariş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Rheinmetall”ın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Almaniya tərəfindən maliyyələşdiriləcək HEI-T mərmilərinin yeni sifarişi 2024-cü ilin dekabrında alınıb.

“Rheinmetall” şirkəti 2023-cü ilin fevralından Ukraynaya 300 min ədəd “Gepard” mərmisinin tədarükü ilə bağlı sifariş alıb.

Qeyd edək ki, bu günə qədər Almaniya Ukraynaya ümumilikdə 55 “Gepard” zenit tankı, həmçinin hava hücumundan müdafiə sistemləri, “Leopard” tankları, haubitsalar, döyüş sursatları və minatəmizləmə vasitələri daxil olmaqla çoxlu sayda avadanlıq təqdim edib.


SON XƏBƏRLƏR

07 Yanvar 2025