• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BƏƏ-də həbsdə olan 220 fillipinli əfv edilib

DÜNYA

06 Yanvar 2025 | 15:01 | Müəllif: Əli Hüseynov

BƏƏ-də həbsdə olan 220 fillipinli əfv edilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müxtəlif cinayətlərə görə həbs olunan 220 filippinli azadlığa buraxılıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki,  bu addım ölkənin 53-cü milli gününün qeyd olunması ilə bağlı atılıb.

Filippinin Xarici İşlər Nazirliyi açıqlamasında əfv qərarının iki ölkə arasında mövcud dostluq əlaqələrini nəzərə alaraq qəbul edildiyi bildirilib.

Hazırda Filippinin Xarici İşlər Nazirliyi və Əbu-Dabidəki səfirliyi əfv olunmuş şəxslərin vətənə qaytarılması ilə bağlı tələb olunan prosedurları həyata keçirir.

Qeyd edək ki, ötən ilin iyununda da Qurban bayramı münasibətilə BƏƏ-də saxlanılan 143 filippinli azadlığa buraxılmışdı. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026