• Bakı C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

İran böyük müharibənin olmasını istəmirsə… - Rəsmi Tehran bu məsələnin həllinə başlayıb

DÜNYA

06 Yanvar 2025 | 16:05

İran böyük müharibənin olmasını istəmirsə… - Rəsmi Tehran bu məsələnin həllinə başlayıb

“İsrailin İrana mümkün hücumu böyük müharibəyə səbəb olacaq".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Çinin CCTV dövlət kanalına müsahibəsində deyib.

Nazir Tehranın İsrailin mümkün hücumuna hazır olduğunu bildirib.

XİN rəhbəri Təl-Əvivin bu cür addımları ilə bağlı xəbərdarlıq edərək deyib ki, mümkün eskalasiya iki ölkə arasında tammiqyaslı münaqişəyə gətirib çıxara bilər.

Bu ölkələr arasındakı mövcud vəziyyəti dəyərləndirən politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, 2024-cü il İran və İsrail arasında eskalasiyasının artması ilə yadda qaldı.

Onun sözlərinə görə, bu iki dövlətin bir-birinə qarşılıqlı şəkildə tətbiq etdiyi hava hücumları bu gərginliyi xeyli dərəcədə artırıb:

“ABŞ-dəki prezident seçkilərində Donald Trampın qalib gəlməsindən sonra vəziyyət dəyişib və tərəflər arasında nisbətən sakitlik yaranıb. Bir neçə aydır ki, İran və İsrail arasında hansısa toqquşmanın yaşanmasının şahidi olmuruq. İranın ehtiyat etdiyi Trampın İsrailə dəstək verməsidir. İsrail və İran arasında məsafə uzaq olduğu üçün İrandakı hədəflərin aydın seçilməsində problemlər yaranır”.

Müsahibimiz hesab edir ki, ancaq ABŞ bu prosesə qoşularsa, Körfəz ölkələrdəki hərbi bazaları vasitəsilə İrana zərbələr endirə bilər. Z.Əmrəliyev bildirib ki, rəsmi Tehran bu məsələni həll etmək üçün fəaliyyətə başlayıb:

“İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif bölgədəki ərəb ölkələrinin də daxil olduğu geniş tərkibli bir koalisiyanın yaradılmasını təklif edib. Şübhəsiz ki, Zərifin təklifində məqsəd baş verəcək müharibədə bölgə ölkələrinin iştirakını əngəlləməkdir. Bu təkliflər baş tutan deyil”.

Zeynal Əmrəliyev, politoloq

Politoloqun fikrincə, əgər İran tərəfi böyük müharibənin baş verməsini istəmirsə, Trampla razılaşmalıdır:

“İran tərəfdən prosesi aparan isə keçmiş xarici işlər naziri və hazırkı vitse-prezident Məhəmməd Cavad Zərifdir. Zərif bu işi bacararsa, böyük müharibə baş verməyəcək. Əks halda, Abbas Əraqçinin dediyi böyük müharibənin baş verməsi istisna deyil”.

Aydın Baxış


SON XƏBƏRLƏR

07 Yanvar 2025