ABŞ-nin hazırkı prezidenti Co Bayden dövlət başçısı vəzifəsini tərk etməzdən əvvəl Amerika vətəndaşlarına iki dəfə müraciət etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məlumata görə, jurnalistlər yanvarın 12-də Ağ Ev sahibinin ilk çıxışını edəcəyini öyrənib. Bu çıxış xarici siyasətinin nailiyyətlərinə həsr olunacaq.
Bildirilib ki, xüsusilə, Bayden NATO və Ukraynanın maliyyəsi sayəsində ölkənin mövqeyinin gücləndiyini açıqlayacaq. Bundan əlavə, o, Hind-Sakit okean regionu dövlətləri ilə əlaqələrin inkişafından danışacaq.
Daha sonra prezident ikinci nitqlə çıxış edəcək və orada dövlət qulluqçusu kimi fəaliyyətinə yekun vuracaq. Bayden dövlət başçısı kimi son dörd ili ilə bağlı fikirlərini bölüşəcək və onilliklər əvvəlinə gedən nailiyyətlərini vurğulayacaq.
Qeyd edək ki, Amerikanın seçilmiş lideri Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb.
Ağ Evin mətbuat xidmətinin rəis müavini Endryu Beytsin sözlərinə görə, Co Bayden və həyat yoldaşı Cil Bayden seçkidən əvvəl verdikləri vədi yerinə yetirmək və mərasimdə iştirak etmək niyyətindədirlər.
Mina Mikayılova