• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Aktyor Azər Baxşəliyev dəfn olunub - YENİLƏNİB

ŞOU

05 Yanvar 2025 | 14:35 | Müəllif: Əli Hüseynov

Aktyor Azər Baxşəliyev dəfn olunub - YENİLƏNİB

O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Bakıvaxtı.az xatırladır ki,  A.Baxşəliyev bu gün dünyasını dəyişib.

O, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. 

Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.

***

13:40

Mərhum aktyor Azər Baxşəliyevlə vida mərasimi keçirilir.

Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, ailə üzvləri, sənət dostları mərhumla vidalaşmaq üçün Heydər məscidinə toplanıb. 

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.

O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. 

***

13:01

Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev vəfat edib.

Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, mərhumun cənazəsi Heydər məscidinə aparılıb.

O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026