• Bakı C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Ərdoğan: Terrorçuların silahlarını təslim etməkdən başqa çarəsi yoxdur

DÜNYA

04 Yanvar 2025 | 18:10

Ərdoğan: Terrorçuların silahlarını təslim etməkdən başqa çarəsi yoxdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan bu barədə Türkiyənin şimalındakı Samsun şəhərində çıxışı zamanı söyləyib.

“Artıq imperialistlərin agentləri kimi regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbr etməyəcəyik. Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar. Burada üçüncü yol yoxdur”, - Ərdoğan deyib.

O, silah, zorakılıq və terror dövrünün bitdiyini, separatçı terror təşkilatının (PKK-nı nəzərdə tutur – red.) istifadə müddətinin bitdiyini söyləyib.

Türkiyə lideri qeyd edib ki, artıq hamı bu reallığı qəbul etməlidir.

“Vurğulayıram ki, bizim regionda artıq terrora yer yoxdur. Biz min ildir burada yaşayırıq, bu ərazilərin sahibiyik. Biz daimi olaraq burada qalıb azad yaşayacağıq. Ümid edirik ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları sahələri bərpa edəcəyik”, – Ərdoğan bildirib.


SON XƏBƏRLƏR