• Bakı C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

İşdən çıxmaq istəyini deyə bilmədi: 4 barmağını kəsdi

DÜNYA

03 Yanvar 2025 | 11:18

İşdən çıxmaq istəyini deyə bilmədi: 4 barmağını kəsdi

Hindistanın Qucarat əyalətində bir kişi müdirinə işindən çıxmaq istədiyini deyə bilmədiyi üçün 4 barmağını kəsib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, 32 yaşlı hindistanlı qohumunun şirkətində kompüter operatoru kimi işləməkdən yayınmaq üçün sol əlinin dörd barmağını kəsdiyini etiraf edib.

Keçən ay Mayur Tarapara Surat şəhərində polis bölməsinə gələrək sol əlində 4 barmağının əskik olduğunu bildirib. O iddia edib ki, motosikleti ilə dostunun evinə gedəndə qəfil başı gicəllənib və yol kənarında huşunu itirib.

Tarapara bildirib ki, 10 dəqiqə sonra oyananda sol əlinin dörd barmağı kəsili olub. Polis əvvəlcə adamın barmaqlarının qara sehrli rituallar üçün oğurlandığını düşünsə də, onların araşdırması Mayurun ifadəsinin yalan olmasını üzə çıxarıb.

Mayur Tarapara müstəntiqlərə etiraf edib ki, qohumunun şirkətində daha işləmək istəmədiyi üçün özünü şikəstliyə vurub. O, qohumuna işdən çıxmaq istədiyini deməyə utandığı üçün dörd barmağını kəsib. Bununla da işdən çıxarılacağını düşünüb.

Polis adamın barmaqlarının olduğu çantanı tapıb. Lakin bu qəribə hadisəni tam araşdırmaq üçün hələ də ondan əlavə məlumat almağa çalışırlar.


SON XƏBƏRLƏR

04 Yanvar 2025