• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Polşa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq

DÜNYA

03 Yanvar 2025 | 16:50

Polşa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq

Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.

Bildirilib ki, bu addımlar Bakı ilə İrəvanın Aİ ilə əməkdaşlığının inkişafına da imkan yaradacaq.

"Həmçinin gürcü xalqının Aİ-yə üzvlük arzuları dəstəklənəcək. Bununla yanaşı, ümumi xarici və təhlükəsizlik siyasəti (ÜXTS) çərçivəsində Qərbi Balkanlar və Türkiyənin Aİ ilə sıx əməkdaşlıq orbitində qalmasını təmin etmək üçün davamlı siyasi dialoqun qorunması da daxil olmaqla, səylər göstəriləcək", - proqramda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026