"Milan"ın hücumçusu Rafael Leao İtaliya Superkubokunun "Yuventus"la yarımfinal oyununu buraxacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "rossonerilər"in baş məşqçisi Serjiu Konseysau yerli mətbuata açıqlamasında bildirib.
O, portuqaliyalı hücumçunun zədə səbəbindən meydana çıxa bilməyəcəyini söyləyib.
Qeyd edək ki, "Milan" - "Yuventus" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi həlledici mərhələdə "İnter"lə qarşılaşacaq.