• Bakı 13° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Azərbaycan karateçiləri Qırğızıstanda medallar qazanıblar

İDMAN

01 Fevral 2025 | 16:19

Azərbaycan karateçiləri Qırğızıstanda medallar qazanıblar

Azərbaycan karateçiləri Qırğızıstanın Bişkek şəhərindəki “Bishkek Open” beynəlxalq turnirində medallar qazanıblar.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, idman karatesi üzrə yığmanın üç üzvü fəxri kürsüyə qalxıb.

Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, Ömər Əliyev (30 kq) 10-11 yaşlı uşaqlar arasında bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, turnirdə 1000-ə yaxın idmançı iştirak edib.


SON XƏBƏRLƏR

13 Mart 2025