• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

ABL-də XVI tur başlayır

İDMAN

03 Mart 2025 | 09:40

ABL-də XVI tur başlayır

Azərbaycan Basketbol Liqasında XVI tura bu gün start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq A qrupunda iki oyun keçiriləcək.

"Neftçi" "Naxçıvan"la, "Sərhədçi" "Sabah"la üz-üzə gələcək. Hər iki görüş saat 19:00-da start götürəcək.

26 xalı olan Naxçıvan təmsilçisi liderdir. Eyni xala malik "Sabah" ikincidir. "Neftçi" 22 xalla üçüncü, "Sərhədçi" 21 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.


SON XƏBƏRLƏR