• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Ulduz futbolçu  bəraət aldı - etiraz başladı

İDMAN

01 Aprel 2025 | 11:25

Ulduz futbolçu  bəraət aldı - etiraz başladı

Xəbər verdiyimiz kimi, “Barselona”nın və Braziliya millisinin zorlamada ittiham olunan sabiq futbolçusu Dani Alveş bəraət alıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bundan sonra Barselona şəhərində yüzlərlə qadın etiraz aksiyasına başlayıb. 

Onlar futbolçunun bəraət almasına etiraz ediblər. 

Aksiya “Utanc və cəzasızlıq”, “Sənə inanırıq, bacı” şüarları altında keçirilib. 

Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş zorlamada ittiham olunaraq 4,5 il azadlıqdan məhrum edilmişdi. Onun vəkilləri qərardan şikayət vermişdi.

Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib.


SON XƏBƏRLƏR