• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

"Qarabağ" bu gün "Sumqayıt"la qarşılaşacaq

İDMAN

03 Mart 2025 | 09:20

Qarabağ bu gün Sumqayıtla qarşılaşacaq

"Qarabağ Misli Premyer Liqasında bu gün "Sumqayıt"la üz-üzə gələcək.

Bakıvaxtı.az xəbər verir ki, XXV turun matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qarşılaşma saat 19:30-da start götürəcək. "Köhlən atlar" hazırda 57 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.

Turun açılış qarşılaşması isə Bakıda baş tutacaq. Saat 17:00-da "Səbail" və "Şamaxı" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klubu 18 xalla sonuncu - 10-cu, qonaqlar 21 xalla səkkizincidir.

Misli Premyer Liqası
III dövrə, XXV tur

3 mart

17:00.“Səbail” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“ASCO Arena”

19:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.


SON XƏBƏRLƏR