• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

“Union Berlin” öz meydanında uduzdu

İDMAN

03 Mart 2025 | 00:16

“Union Berlin” öz meydanında uduzdu

Bundesliqanın 24-cü turuna “Union Berlin” – “Holştayn Kiel” və “Auqsburq” – “Frayburq” qarşılaşmaları ilə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu turun digər görüşlərində olduğu kimi, Berlindəki qarşılaşmada da qonaqlar qalib gəliblər – 0:1. “Holştayn” bu qələbə sayəsində sonuncu sıradakı yerindən bir pillə irəliləyərək mövqeyini “Haydenhaym”a təhvil verib.

“Auqsburq” – “Frayburq” qarşılaşmasında isə qapılara top vurulmayıb – 0:0.

Xatırladaq ki, turun əvvəlki 7 qarşılaşmasının hamısında qonaq komandalar qalib gəlib:

“Ştutqart” - “Bavariya” – 1:3

“Leyptsiq” – “Maynts” – 1:2

“Haydenhaym” – “Borussiya Münxenqladbax” – 0:3

“Verder Bremen” – “Volfsburq” – 1:2

“Boxum” – “Hoffenhaym” – 0:1

“St Pauli” – “Borussiya Dortmund” – 0:2

“Ayntraxt Frankfurt” - “Bayer Leverkuzen” – 1:4.

“Bavariya” 24 turdan sonra 61 xalla liderliyi uğurla davam etdirir. “Bayer Leverkuzen” 53 xalla ikinci, “Ayntraxt Frankfurt” 42 xalla üçüncüdür. Bu turda qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “Maynts” komandası “Frayburq”u 1 xal və 1 pillə geridə qoyub. Öz meydanında Maynts təmsilçisinə uduzan “Leyptsiq” isə 38 xalla altıncı sıradadır. Bu turda qələbə qazanan “Volfsburq”(37) və “Borussiya Münxenqladbax” (37) bir pillə irəliləyərək 7-8-ci yerlərdə qərarlaşıb. “Ştutqart” isə məğlubiyyət nəticəsində iki pillə geriləyib. Komanda hazırda 36 xalla doqquzuncu pillədə yer alıb. Son iki oyunda maksimum nəticə qazanan “Borussiya Dortmund” 35 xalla onuncu sıradadır.

Bundesliqada sonrakı yerləri “Auqsburq” (32), “Verder Bremen” (30), “Hoffenhaym” (25), “Union Berlin” (23), “St Pauli” (21), “Boxum” (17), “Holştayn Kiel” (16), “Haydenhaym” (15) tutur. Bundesliqanın 25-26 turunun görüşləri martın 7-9-da keçiriləcək.


SON XƏBƏRLƏR

02 Mart 2025