• Bakı C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Tokayev: Qazaxıstanda növbədənkənar parlament seçkiləri planlaşdırılmır

DÜNYA

03 Yanvar 2025 | 12:13

Tokayev: Qazaxıstanda növbədənkənar parlament seçkiləri planlaşdırılmır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün heç bir ilkin şərtlərin olmadığını bildirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Ana tili” qəzetinə müsahibəsində bildirib.

“Məncə, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hələlik heç bir əsas və ilkin şərt yoxdur. Seçkilər qanunvericiliklə nəzərdə tutulmuş vaxtda keçirilib. Parlament uzunmüddətli fəaliyyətə köklənib. Hökumət təsdiq edilmiş proqram və planlara uyğun hərəkət edir və tədricən müsbət nəticələr əldə etməyə doğru irəliləyir”, - o deyib.

Qazaxıstan Prezidenti qeyd edib ki, mümkün növbədənkənar seçkilərlə bağlı səs-küy məqsədli şəkildə yaradılır: “Yeni hökumətimiz işə başlayan kimi onun tezliklə istefaya gedəcəyinə dair xəbərlər çıxır. Eyni hal parlamentlə da yaşanır. Məncə, parlament üzvləri məhsuldar işləyirlər, vətəndaş-siyasi məsuliyyət nümayiş etdirirlər”.

Qeyd edək ki, Qazaxıstanda 2023-cü ilin martında parlamentin Məclisinə (aşağı palatasına – red.) növbədənkənar seçkilər keçirilib. Seçki qarışıq seçki sistemi ilə keçirilib: deputatların 70 %-i partiya siyahıları üzrə, 30 %-i isə birmandatlı dairələrdən seçilib. Məclisin deputatlarının səlahiyyət müddəti beş ildir.


SON XƏBƏRLƏR

04 Yanvar 2025