• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Liverpul”un ulduzu klubdakı gələcəyi ilə bağlı qərar verib

İDMAN

03 Yanvar 2025 | 21:34 | Müəllif: Əli Hüseynov

“Liverpul”un ulduzu klubdakı gələcəyi ilə bağlı qərar verib

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubdan ayrılacağını bildirib.

Bu barədə Bakıvaxtı.az “Sky Sports”a istinadən xəbər verir. 

“Mən həqiqətən Liverpulla Premyer Liqanı qazanmaq istəyirəm. Bu mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”, - Salah deyib.

Misirli yeni müqavilə ilə bağlı klubla onun arasında heç bir irəliləyiş olmadığını da qeyd edib. Hazırkı müqavilə bu mövsümün sonunda, 2025-ci ilin yayında başa çatır.

32 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. O, klubda 375 matçda 231 qol vurub və 105 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026