• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

"Qarabağ" "Zirə"yə də uduzdu

İDMAN

02 Fevral 2025 | 21:23

Qarabağ Zirəyə də uduzdu

"Zirə" Misli Premyer Liqasının XXI turunda "Qarabağ"a qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada ev sahibləri 3:2 hesablı qələbə qazanıb.

"Qartallar"ın heyətində Salifu Suma (56, 67) və Davit Volkov (90) fərqlənib. Ağdam təmsilçisinin qollarını isə Aleksey Kaşukla (20) Patrik Andrade (42) vurub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 39 xalı olan "Zirə" üçüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Səbail"lə (1:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.


SON XƏBƏRLƏR

02 Fevral 2025