İdman gimnastikası üzrə Dünya kubokunda iştirak edəcək komandalar Bakıya gəlirlər.
Bakıvaxtı.az xəbər verir ki, gimnastlar sabahdan rəsmi podium məşqləri keçirəcəklər, ilk yarış günü isə martın 6-da olacaq.
Qeyd edək ki, Dünya kubokunda 15 ölkədən idmançılar mübarizə aparacaqlar. Onların arasında Yaponiya, Türkiyə, ABŞ, Çin, Xorvatiya və digər ölkələr var.