• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

İDMAN

04 Mart 2025 | 19:30 | Müəllif: Subhan Mahmudov

"Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Futbol üzrə Misli Premyer Liqasının XXV turunda "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisinin heyətində Qismət Alıyev (5,p) və İssa Cibrila (56) fərqləniblər.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla 4-cü, "qartallar" isə 48 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026