AFFA-nın inzibati binasında AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov və AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə iştirak ediblər.
AFFA Region Liqasının oyunları 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub. Ümumilikdə 54 komandanın mübarizə aparacağı yarışda ilk oyunlar martın 8-9-da keçiriləcək. Mövsümə mayın sonlarında yekun vurulacaq.
Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal zonası
A qrupu
I tur
ŞKGB – “Şirvanovka” FK
“Gənclər PFM – “Lokomotiv Baku”
“Ramana” FK – ATİDEL PFK
“Record Club” – “İnşaatçı” PİK
B qrupu
I tur
“Cəngi” FK – “City Baku” FK
“Xanlıq” – “Əmirli” FK
“Çinar Zəngilan” FK – “Dirçəliş” FK
C qrupu
I tur
“Mübariz” FA – “Xudat City” FA
“Bayıl Rovers” – “Qaradağ Şıxlar” FK
İCBFA – “Gənclik” İK
Mərkəz zonası
D qrupu
I tur
“Ümid” FK – “Marafon” İK
“Bahar” (Beyləqan) – “Avşar” FK
“Hacıqabul” – “Şirvan OİK”
E qrupu
I tur
“Araz” (İmişli) – “Sabirabad” FK
“Xankəndi” FK – “Lokomotiv İmişli”
“Şirvan” FK – Mil” FK
Cənub zonası
F qrupu
I tur
“Zəfər-44” – “Biləsuvar” FK
“Ərkivan” (Masallı) – “Salyan OİK”
“Qobustan” FK – “Masallı” PFK
“Lənkəran” FK – “Neftçala” FK
Şimal-Qərb və Qərb zonası
G qrupu
I tur
“Balakən” FK – “Tərtər” FK
“Bərdə” FK – “Kürmük” (Qax)
“Ağstafa Gəncləri” – “Xocalı” PFK
H qrupu
I tur
“Goranboy OİK” – “Naftalan” FK
“Qax” FK – “VT Gəncə”