• Bakı C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

Fərid Mansurov: Əkdiyimiz ağaclar təbiətimizə xeyir versin

İDMAN

04 Mart 2025 | 12:52

Fərid Mansurov: Əkdiyimiz ağaclar təbiətimizə xeyir versin

"Veteran idmançı olaraq, ağacəkmə aksiyasında iştirak etdiyimə görə xoşbəxtəm".

Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) və MOK-un İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan ağacəkmə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Olimpiya çempionu bildirib ki, Azərbaycanın veteran idmançılarının bu cür aksiyada bir araya gəlməsi xoş haldır: "Bədən Tərbiyəsi və İdman Gününün 20 illiyi şərəfinə bu aksiya həyata keçirilir. Buna görə MOK rəhbərliyinə təşəkkür edirəm. Əkdiyimiz ağaclar təbiətimizə xeyir versin. İdmanla məşğul olduğumuz dövrdə Vətənimizi hər zaman layiqli şəkildə təmsil etməyə çalışmışıq. İndi də bunu gənc nəslə öyrədirik. İnanıram ki, bizim idmançılar gələcəkdə daha böyük uğurlara imza atacaqlar".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il 5 mart – Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.


SON XƏBƏRLƏR