Avropa liderləri iddia edirlər ki, potensial sülh sazişi çərçivəsində Ukrayna üçün təhlükəsizlik təminatları qitənin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Keir Starmer martın 3-də Londonda Ukrayna təhlükəsizlik sammitindən bir neçə gün əvvəl Donald Trampla görüşüblər.
Sammitdə bir araya gələn Avropa liderləri Ukraynaya hərbi yardımın davam etdirilməsi, Rusiyaya iqtisadi təzyiqin artırılması, sülh danışıqlarında Ukraynanın masa arxasında olması və Ukraynanın müdafiəsini gücləndirmək barədə razılığa gəliblər.
Starmer sammitdən sonra Fransa və bir neçə başqa ölkə ilə Ukraynada atəşkəs planı üzərində çalışdıqlarını, daha sonra ABŞ-lə paylaşacaqlarını açıqlayıb.
Əli Hüseynov