• Bakı C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

Gürcüstana ötən il dəmir yolu ilə daxil olmuş yüklərdə Azərbaycanın payı açıqlanıb

CƏMİYYƏT

04 Mart 2025 | 14:30

Gürcüstana ötən il dəmir yolu ilə daxil olmuş yüklərdə Azərbaycanın payı açıqlanıb

2024-cü ildə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 27,1 %-i və yaxud 832,946 min tonu Azərbaycandan göndərilib.

Bakıvaxtı.az bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın payı 42,1 %, digər ölkələrin payı isə 30,8 % olub. 

Bundan başqa, ötən il Gürcüstanın dəmir yolları ilə 13,7 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 0,9 % çoxdur. Ümumi yüklərin 10,4 %-i ölkədaxili, 30,2 %-i beynəlxalq, 59,4 %-i isə tranzit yüklərin payına düşüb.

İl ərzində yükdaşımaların 39 %-ni koks və emal olunmuş neft məhsulları, 20,4 %-ni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları, 15,7 %-i metal filizləri, eləcə də mədən və karxana məhsulları, 24,9 %-nu isə digər məhsullar  təşkil edib.


SON XƏBƏRLƏR