• Bakı C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

AZAL-ın təyyarə qəzasında sərnişinlərə dəyən ziyanla bağlı ödəniləcək sığorta məbləği açıqlanıb

SİYASƏT

04 Mart 2025 | 14:32

AZAL-ın təyyarə qəzasında sərnişinlərə dəyən ziyanla bağlı ödəniləcək sığorta məbləği açıqlanıb

Rusiyanın "Alfa Sığorta" şirkəti AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərlə bağlı hər nəfər üzrə 2 milyon rubl, yəni təqribən 38 min manat ödəniş edəcək.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin aviasiya və komsik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib. 

O bildirib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir. "Alfa Sığorta" ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün, ödənişlər həm də Rusiyanın 67-FZ saylı məcburi daşıyıcı məsuliyyəti haqqında qanununa əsasən nəzərdə tutulur.

"Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər" - İlya Kabaçnik əlavə edib.


SON XƏBƏRLƏR