• Bakı 14° C

    1.25 m/s

Sisidən İran-İsrail müharibəsinə REAKSİYA

DÜNYA

22 Iyun 2025 | 09:41 | Müəllif: Subhan Mahmudov

Sisidən İran-İsrail müharibəsinə REAKSİYA

İran və İsrail arasında mövcud münaqişə sülh yolu ilə həll edilməlidir, güc yolu ilə uğur olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Misir Prezidenti Əbdülfəttah Sisi iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında bildirib.

"Misir dərhal atəşi dayandırmağı və bu böhranı sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyi son dərəcə vacib hesab edir, çünki onun hərbi həlli yoxdur", - Sisi vurğulayıb.

Sisi İsrailin eskalasiyasını pisləyib və bunu “kritik anda regionun təhlükəsizliyi və sabitliyinə təhdid” hesab etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026