• Bakı 27° C

    10.43 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Trampın şirkəti 2 milyard dollarlıq "Bitcoin" aldı

DÜNYA

22 Iyul 2025 | 09:23

Trampın şirkəti 2 milyard dollarlıq Bitcoin aldı

"Truth Social" sosial şəbəkəsinin sahibi olan "Trump Media and Technology Group" (TMTG) media şirkəti "Bitcoin"ə (BTC) yatırımlarının 2 milyard dollara çatdığını açıqlayıb. Şirkət bu məbləğlə "Bitcoin" və onunla əlaqəli qiymətli kağızlar əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat şirkətin press-relizində yer alıb.

Hazırda "Bitcoin" aktivləri "Trump Media" şirkətinin likvid vəsaitlərinin təxminən üçdə ikisini təşkil edir və bu aktivlərin ümumi dəyəri təxminən 3 milyard dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp şirkətin səhmlərinin təxminən 60 faizinə sahibdir.


SON XƏBƏRLƏR