• Bakı 23° C

    15.96 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Rusiyada 4 azərbaycanlı SAXLANILDI

DÜNYA

21 Iyul 2025 | 22:51

Rusiyada 4 azərbaycanlı SAXLANILDI

Rusiya Federal Təhlükəsizlik Bürosunun əməkdaşları 4 azərbaycanlını saxlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olan qrupun fəaliyyətini dayandırdıqlarını açıqlayan FTX saxta miqrasiya kartları və saxta iş icazələrinin hazırlandığı iki yeraltı laboratoriyanı ləğv edib. 

İddialara görə, azərbaycanəsilli Rusiya vətəndaşları olan 34-62 yaş arası şəxslər mindən çox əcnəbi üçün saxta sənədlər hazırlayaraq 2 milyon rubldan çox gəlir əldə ediblər.

Hadisə yerində çap avadanlıqları, müştərilərin məlumat bazaları, təşkilatların saxta möhürləri və Mərkəzi Asiya ölkələri vətəndaşlarının pasportları götürülüb. Dəstənin bütün üzvləri 2 ildən 5 ilədək müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkiblər.

Saxta sənədlər əcnəbilərə Rusiyada 90 günə qədər qalmağa və rəsmən iş tapmağa imkan verirmiş.


SON XƏBƏRLƏR