• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İran uranın zənginləşdirilməsi prosesini dayandırıb

DÜNYA

22 Iyul 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

İran uranın zənginləşdirilməsi prosesini dayandırıb

ABŞ-nin nüvə obyektlərinə zərbə endirməsindən sonra İranda uranın zənginləşdirilməsi hələ həyata keçirilməyib, lakin Tehran bunu milli qürur məsələsi hesab edərək bu prosesdən əl çəkmək niyyətində deyil. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“Hazırda proses dayandırılıb, çünki obyektlərə ciddi ziyan dəyib. Eyni zamanda, təbii ki, biz zənginləşmədən əl çəkmək fikrində deyilik, çünki bu, alimlərimizin nailiyyətidir, üstəlik, indi bu, milli qürur məsələsidir”, - deyə Əraqçi bildirib. 

Nazir əlavə edib ki, hazırda İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərinə dəyən zərərin həcmini və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026