Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Arqaçi ilə danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.
Məlumata görə, tərəflər cümə günü İstanbulda keçirilməsi planlaşdırılan nüvə danışıqlarını müzakirə edib.
Habelə, Qəzzada humanitar vəziyyət və Suriyadakı hadisələr müzakirə mövzusu olub.