• Bakı 22° C

    10.28 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq - Abbas Əraqçi

DÜNYA

22 Iyun 2025 | 09:03

Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq - Abbas Əraqçi

“ABŞ İsfahan, Natanz və Fordoda İranın mülki obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub. Nüvə infrastrukturuna zərbələrin uzunmüddətli nəticələri olacaq.”

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"ABŞ, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, BMT Nizamnaməsini, beynəlxalq hüququn normalarını və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozaraq, İranın dinc nüvə obyektlərinə hücum edib. Bu gün səhər baş verən hadisələr olduqca hiddətləndiricidir və uzunmüddətli nəticələrə səbəb olacaq.", - XİN rəhbəri bildirib.

O, həmçinin vurğulayıb ki, BMT-nin qanuni yolla özünümüdafiəsinə imkan verən Nizamnaməsinə uyğun olaraq, İran öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır.


SON XƏBƏRLƏR

21 Iyun 2025