• Bakı 21° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Tramp: ABŞ nüvə bombasını Tehranın əlindən aldı

DÜNYA

22 Iyun 2025 | 23:14

Tramp: ABŞ nüvə bombasını Tehranın əlindən aldı

ABŞ İrana qarşı uğurlu hərbi əməliyyat keçirdi və nüvə bombasını Tehranın əlindən aldı.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp “Truth Social”da paylaşımında bildirib.

“Dünən biz bombanı onların əlindən alaraq, təsirli bir hərbi uğur əldə etdik. Onlar bacarsaydı, bundan istifadə edərdilər!. Dünənki hücum Vaşinqton üçün tam və mütləq qələbə idi”, - deyə o bildirib.

Tramp Amerikanın İrana zərbələrini ölkə konstitusiyasının pozulması adlandıran ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massini kəskin tənqid edib. Prezident respublikaçıların praymerizlərində partiya yoldaşının rəqibini dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, cari ilin mart ayında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib ki, ölkənin kəşfiyyat orqanları Tehranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir sübut görmürlər.


SON XƏBƏRLƏR

22 Iyun 2025