İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvlərinin əksəriyyəti ABŞ-ın bir gecədə İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda respublikanın “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmasının lehinə çıxış edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə komitənin nümayəndəsi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib.
“Komitə üzvlərinin əksəriyyəti MAQATE-nin fəaliyyətini kəskin tənqid edərək, agentliklə əməkdaşlığı dayandırmağa çağırıblar. Bundan əlavə, parlamentin növbəti iclasının gündəliyinə daxil edilməsi planlaşdırılan komitə üzvlərinin tələbləri arasında “Nüvə silahının yayılmaması haqqında” müqavilədə iştiraka yenidən baxılması və İranın müqavilədən çıxması da var”, - deyə o bildirib.