Azərbaycan və Finlandiya su təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensiala malikdir.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Finlandiyanın biznes missiyasının nümayəndəsi, Satakunta Tətbiqi Elmlər Universitetinin elmi-tədqiqat şöbəsinin rəhbəri Mikko Lehtonen bildirib.
"Düşünürəm ki, ölkəmiz su sektorunda, ümumiyyətlə suyun təmizlənməsi və s. üçün ən yaxşı texnologiyalardan birinə malikdir. Beləliklə, Azərbaycanla əməkdaşlıq, bu sahələrdə qarşılıqlı fəaliyyət üçün bir çox imkanlarımız var. Apreldə biz, həmçinin Azərbaycan şirkətlərini ölkəmizlə tanış olmağa dəvət edirik. Ümid edirik ki, Azərbaycanın su sektorunun nümayəndələri bizim şirkətlərlə tanış olacaqlar", - o qeyd edib.
Qonağın sözlərinə görə, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi nəzərə alınsa, ekoloji texnologiyalarla məşğul olan Finlandiya şirkətləri Azərbaycan bazarında fəaliyyətlə maraqlanа bilərlər.
"Ötən ilki COP-dan sonra düşünürəm ki, sizin daha ekoloji gələcək üçün planlarınız var. Finlandiyada isə ekoloji texnologiyalarla məşğul olan çox sayda şirkət var. Düşünürəm ki, onlar həqiqətən də bir çox sahələrdə Azərbaycanla əməkdaşlığa və ona kömək etməyə hazırdırlar", - M.Lehtonen əlavə edib.