• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

2600 manat müavinəti necə əldə etmək olar?

CƏMİYYƏT

03 Aprel 2025 | 14:09 | Müəllif: Qalib İbrahimoğlu

2600 manat müavinəti necə əldə etmək olar?

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinət ödəniləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu müavinəti necə almaqla bağl iqtisadçı deputat Vüqar Bayramov qeyd edib ki, bu vəsait hər bir təhsil müəssisənin büdcəsinə daxil edilir. Onun sözlərinə görə, bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuran zaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər.

"Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuran zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə edilməsi mümkündür", - deyə Vüqar Bayramov əlavə edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026