• Bakı 26° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Meymunçiçəyi səbəbilə bu ölkədə 12 günlük KARANTİN REJMİ 

CƏMİYYƏT

03 May 2025 | 13:02

Meymunçiçəyi səbəbilə bu ölkədə 12 günlük KARANTİN REJMİ 

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Bacur bölgəsində meymunçiçəyi virusu hallarının artması səbəbilə 12 günlük qapanma elan edilib.

Bakıvaxtı.az bu barədə ölkə mediasına istinadla xəbər verir.

Rəsmi məlumatlara əsasən, son 3 ildə bölgədə 17 meymunçiçəyi halı aşkarlanıb və onların əksəriyyəti virusun yayıldığı ölkələrdən gələn şəxslərlə əlaqəli olub.

Bacur rayon rəhbərliyi virusun yayılmasının qarşısını almaq məqsədilə bütün giriş və çıxış nöqtələrini bağlayıb. Qapanma müddətində yalnız əsas xidmətlər – bazarlar, apteklər, mağazalar və təcili tibbi yardım mərkəzləri fəaliyyət göstərəcək.

Rəsmilər qeyd ediblər ki, qapanma qaydalarını pozan şəxslərə qarşı hüquqi tədbirlər görüləcək. Əhali qapalı məkanlarda qalmağa, səhiyyə işçiləri ilə əməkdaşlıq etməyə və sağlamlıq təhlükəsizliyi qaydalarına riayət etməyə çağırılıb.

Əyalət Səhiyyə İdarəsi isə şübhəli halların sürətli aşkarlanması və izolasiya olunması üçün xüsusilə giriş məntəqələri və tibb müəssisələrində müşahidə tədbirlərini gücləndirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

01 Iyun 2025