• Bakı 21° C

    14.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Bakıda 30-cu yubiley “Baku Energy Week” öz işinə başlayıb

CƏMİYYƏT

02 Iyun 2025 | 12:37

Bakıda 30-cu yubiley “Baku Energy Week” öz işinə başlayıb

İyunun 2-də Bakı Ekspo Mərkəzində regionun ən nüfuzlu enerji tədbiri olan 30-cu Yubiley “Baku Energy Week” öz işinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 4 iyunadək davam edəcək tədbirə dünyanın 39 ölkəsindən 267 şirkət qatılıb.

    “Baku Energy Week” çərçivəsində “Caspian Oil and Gas”, “Caspian Power” sərgiləri və “Baku Energy Forum” təşkil olunub. Forum çərçivəsində rəqəmsallaşma, yaşıl enerji, qaz bazarındakı dəyişikliklər, COP29-un nəticələri və regional enerji təhlükəsizliyi mövzusunda panel müzakirələri keçirilir. Startap zonası, ekoloji təşəbbüslər, B2B və B2G formatında işgüzar görüşlər, o cümlədən tanınmış iqtisadçı Kjell Nordströmün xüsusi çıxışı builki proqramın əsas məqamları arasındadır. 30 illik yubiley münasibətilə tədbir çərçivəsində gənc məzunlara təqaüdlər təqdim olunacaq və ağacəkmə kampaniyası təşkil ediləcək.


    SON XƏBƏRLƏR

    03 Iyun 2025