• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

“Zəngəzur dəhlizi. Müasirlik tarixi kontekstdə” mövzusunda tədbir keçirilib - FOTOLAR

CƏMİYYƏT

02 Iyul 2025 | 12:13

“Zəngəzur dəhlizi. Müasirlik tarixi kontekstdə” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi  “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi konfrans keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, təbdir Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zəngəzur dəhlizi. Müasirlik tarixi kontekstdə” layihəsi çərçivəsində reallaşıb.

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, layihənin rəhbəri tarix elmləri doktoru Kamran İsmayılov həyata keçirilən layihə haqqında iştirakçıları məlumatlandıraraq “Zəngəzur dəhlizi” məsələsinin tarixi aspektlərindən, layihənin aktuallığından danışıb. Onun spzlərinə görə, layihənin əsas məqsədi “Zəngəzur dəhlizi” məsələsinin yaranması haqqında materialları və faktları özündə əks etdirən “Zəngəzur dəhlizi” məsələsi tarixi-siyasi kontekstdə” adlı kitabın hazırlanaraq Azərbaycan və dünya ictimaiyyətinə təqdim etməkdir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Fizuli Qurbanov layihənin elmi-fəlsəfi aspektlərindən və mövzunun aktuallığından söz açıb.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor Hacı Həsənov XIX əsrdə və XX əsrin əvvəllərində Zəngəzur qəzasında cərəyan edən proseslər, ermənilərin bu ərazilərə köçürülməsi haqqında danışıb. O bu proseslərin qəzanın etnik tərkibində ernmənilərin xeyrinə dəyişikliklərə gətirib çıxardığını qeyd edib.

A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix elmləri doktou, dosent İlqar Niftəliyev Zəngəzurun ermənilərə verilməsinin tarixinə toxunaraq bununla bağlı bir sıra yeni faktları konfrans iştirakçılarını diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov çıxışında əsasən Zəngəzur dəhlizinin Türk dünyasının birləşməsində rolu və əhəmiyyəti barədə danışıb.

Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları İlham Həsənov və Mübariz Ağalarlı “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışaraq Zəngəzur dəhlizinin Azərbaycan və Türk dünyası üçün strateji məsələ olduğunu qeyd ediblər.

Aparıcı elmi işçi Xaləddin Xəlilov Zəngəzur folklorunun Azərbaycanın mədəni-mənəvi dəyərlər sistemindəki rolundan bəhs edib və bu sahədə tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

Elmi konfransda daha sonra müzakirə olunan məsələ ətrafında geniş diskussiyalar aparılıb, müzakirə olunan məsələnin aktuallığını və əhəmiyyətini nəzərə alaraq bu mövzuda olan tədbirlərin mütəmadi keçirilməsi tövsiyə edilib.


SON XƏBƏRLƏR

02 Iyul 2025