• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İyunda Azərbaycanda 4 günlük iş həftəsi olacaq

CƏMİYYƏT

02 Iyun 2025 | 11:38

İyunda Azərbaycanda 4 günlük iş həftəsi olacaq

İyun ayı Azərbaycanda 4 günlük iş həftəsi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Qurban bayramı, Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Günü ilə əlaqədar ölkəmizdə qeyri-iş gününün elan olunması ilə əlaqədardır.

Belə ki, 6 və 7 iyun - Qurban bayramı münasibətilə rəsmi qeyri-iş günləridir. 7 iyun şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinə əsasən 9 iyun (bazar ertəsi) də istirahət günü olacaq.

15 iyun - Milli Qurtuluş Günü bu il bazar gününə təsadüf etdiyindən, 16 iyun (bazar ertəsi) də qeyri-iş günü sayılır.

26 iyun - Silahlı Qüvvələr Günü isə cümə axşamı qeyd olunacaq və həmin gün də istirahət olacaq.

Beləliklə, iyun ayında cəmi 18 iş günümüz olacaq.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026