• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Bu yolda təmir işləri aparılır

CƏMİYYƏT

02 Iyul 2025 | 09:17

Bu yolda təmir işləri aparılır

Gəncə-Daşkəsən avtomobil yolunda təmir işləri aparılır.

Bakıvaxtı.az xəbər verir ki, avtomobil yolunun istismar keyfiyyətinin artırılması və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "31 nömrəli Yol İstismar" MMC tərəfindən cari təmir işləri həyata keçirilir.

Texniki heyət və ağır texnika vasitələri cəlb olunmaqla yolun müxtəlif hissələrində asfalt örtüyü bərpa edilir, çalalar doldurulur, yol kənarları və yol boyunca yerləşən suötürücü qurğular təmizlənir. İşlər mərhələli şəkildə aparılır.

Qeyd edək ki, təmirlə əlaqədar sürücülərdən yol işləri görülən ərazilərdə sürət həddinə riayət edilməsi və müvəqqəti yol nişanlarına diqqət yetirilməsi xahiş olunur.


SON XƏBƏRLƏR

02 Iyul 2025