• Bakı 21° C

    14.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTO

CƏMİYYƏT

02 Iyun 2025 | 12:17

AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTO

2 İyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.

Bakıvaxtı.az AZAL-a istinadən xəbər verir ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Həmçinin Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.


SON XƏBƏRLƏR

03 Iyun 2025