Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi və seçkili orqanları yenidən formalaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, seçicilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) VIII hesabat-seçki konfransında namizədlərini səsvermə yolu ilə müəyyənləşdiriblər.
Konfransda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. Sədrlik uğrunda bir namizəd - Vüqar Oruc mübarizə aparıb.
O, 86 seçicinin 82-nin səsini qazanıb.
Beləlkilə, Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçilib.