• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir

CƏMİYYƏT

02 Iyun 2025 | 13:24

Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından məlumat verilib. 

Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.

Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda  “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Xatırladaq ki, bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində dindirilən Eldar Mahmudovun həbs edilməməsinə baxmayaraq, ölkədən çıxışına məhdudiyyət qoyulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026