• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Səfərovların Bakıda yas mərasimi keçiriləcək

CƏMİYYƏT

02 Iyul 2025 | 13:18

Səfərovların Bakıda yas mərasimi keçiriləcək

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların yas mərasimi iyulun 5-i (şənbə günü) Heydər məscidində keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, mərasim saat 11:00-dan etibarən başlayacaq. Kişi və qadın məclisi eyni saatda baş tutacaq. 

Xatırladaq ki, ötən gün Ağcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi keçirilib. Daha sonra isə onlar dəfn olunublar. 

İyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026