• Bakı 16° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Aİ-nin Ermənistandakı müşahidəçiləri Zəngilanla sərhəddə müşahidə aparıb - FOTO 

CƏMİYYƏT

03 May 2025 | 13:46

Aİ-nin Ermənistandakı müşahidəçiləri Zəngilanla sərhəddə müşahidə aparıb - FOTO 

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Bakıvaxtı.az xəbər verir ki, avropalı müşahidəçilər fevralın 17-də Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

    Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

    Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

    Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.


    SON XƏBƏRLƏR

    03 May 2025