• Bakı 14° C

    8.86 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Zavodun hasarı uçdu: Ölən var

HADİSƏ

03 May 2025 | 13:41

Zavodun hasarı uçdu: Ölən var

Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “İdeal” kərpic zavodunun həyətində baş verib.

Küləyin təsirindən zavodun hasarı “KamAZ” markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

03 May 2025