• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

İsrail yaxın günlərdə Qəzzada hərbi əməliyyatı genişləndirə bilər

DÜNYA

03 May 2025 | 23:27

İsrail yaxın günlərdə Qəzzada hərbi əməliyyatı genişləndirə bilər

İsrail yaxın günlərdə Qəzza zolağında hərbi əməliyyatını genişləndirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” Tel-Əvivin planları ilə tanış olan adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, on minlərlə əsgər ehtiyatdan orduya çağırılacaq.

Bildirilir ki, bu qərar İsrailin təhlükəsizlik kabinetinin mayın 2-də keçirilən iclasından sonra qəbul edilib.

Xatırladaq ki, martın 18-nə keçən gecə İsrail Ordusu Qəzza zolağına zərbələri bərpa edib. İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstin HƏMAS hərəkatı ABŞ-nin atəşkəsin uzadılması və girovların azad edilməsi planını qəbul etmədiyi üçün hücumlar davam edir.


SON XƏBƏRLƏR

03 May 2025