• Bakı 14° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Ödəm necə atılmalıdır?

CƏMİYYƏT

03 May 2025 | 14:20

Ödəm necə atılmalıdır?

Ödəm çox insanın şikayət etdiyi əsas problemlərdən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bədəndə toplanan normadan artıq ödəm həyat keyfiyyətimizə təsir edir və bizi olduğumuzdan daha çox çəkili göstərir. 

Maraqlıdır, ödəm nədir və o necə atılmalıdır? 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, ödəmə səbəb olan əsas qidalanma səhvlərindən biri bədənə kifayət qədər maye və  mineral qəbulunun olmamasıdır. Yetərsiz maye və mineral qəbulunda bədən ehtiyac duyduğu mayeni bədəndə tutmağa meyilli olur:

“Ödəm ən çox əl, üz, ayaq və qarın bölgələrində toplanır. Məlumat üçün deyi ki, duz bədəndə ən çox ödəm yaradan amillərdən biridir. Duzun ödəmə səbəb olmasının səbəbi tərkibində olan sodium və natrium maddələri ilə bağlıdır. Çay və kofenin tərkibində olan kofein maddəsinə bəzi şəxslərdə ödəm tutmaya səbəb olur. Çox miqdarda alkoqol qəbulu da ödəm yaradır. 

Ödəmi atmaq üçün xüsusi detoks su, mayelər var onlara üstünlük verilməlidir. Məsələn, limonlu su, adi su, alma suyu, yaşıl çaya daha çox üstünlük verilməlidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026