• Bakı 23° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Qurban nə vaxt kəsilməlidir? - AÇIQLAMA

CƏMİYYƏT

02 Iyun 2025 | 14:06

Qurban nə vaxt kəsilməlidir? - AÇIQLAMA

Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli  məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcək.

Bakıvaxtı.az xəbər verir ki, iyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaq.

Bəs, qurbanlar nə zaman kəsilməlidir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı Samid Quliyev bildirib ki, Qurban kəsimi iyunun 6-dan başlayaraq 3 gün davam edə bilər. Onun sözlərinə görə, adətən qoyuna üstünlük verilsə də, lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar.

Müsahibimiz qeyd edib ki, həmin ətin bölgüsündə hər kəs azaddır.

“Hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib”.

S.Quliyev qurbanlığın nə zaman kəsilməsi məsələsinə də aydınlıq gətirib:

“Qurbanın mütləq şəkildə bayram namazından sonra kəsilməsi Həccdə vacibdir. Bizdə isə müstəhəb”.

Samid Quliyev, QMİ-nin əməkdaşı

QMİ əməkdaşı nəzərə çatdırıb ki, qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir.

O bildirib ki, səriət qaydalarına əsasən, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Müsahibimiz söyləyib ki, xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır.

Həmsöhbətimiz onu da deyib ki, adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır.

“Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur”,- deyə Samid Quliyev deyib.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

03 Iyun 2025