• Bakı 23° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Eldar Mahmudovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA

CƏMİYYƏT

02 Iyun 2025 | 14:09

Eldar Mahmudovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA

“Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləyə bilməməsi və ya məhdudiyyətlə üzləşməsi ilə bağlı hər hansı məlumat yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə vəkili Cavid Rzazadə məlumat verib.

“Əgər belə məsələ olsaydı, ailə vəkili kimi mənim xəbərim olardı. Hazırda bu barədə heç bir məlumat yoxdur. Bundan əlavə, Eldar Mahmudovun ölkədən çıxışına qadağa qoyulması iddiaları da doğru deyil.

Belə bir qadağa yalnız şəxs barəsində cinayət təqibi başladıldığı halda tətbiq oluna bilər. Hazırda Eldar Mahmudovla bağlı hər hansı cinayət təqibi aparılmır”, - vəkil bildirib.


SON XƏBƏRLƏR

03 Iyun 2025