• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

ABŞ bu yay elektrik enerjisinin verilişində böyük fasilələrlə üzləşə bilər

DÜNYA

03 May 2025 | 23:53

ABŞ bu yay elektrik enerjisinin verilişində böyük fasilələrlə üzləşə bilər

ABŞ bu ilin yayında elektrik enerjisinin verilişində uzun fasilələrlə üzləşə bilər.

Bakıvaxtı.az "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin daxili işlər naziri, enerji dominantlığı üzrə Milli Şuranın rəhbəri Duqlas Burqum deyib.

"ABŞ Prezidenti Donald Tramp elə ilk gün enerji sektorunda fövqəladə vəziyyət elan edib. ABŞ-də elektrik enerjisi istehsalı böyük problemlərlə üzləşib. Biz İspaniyada baş verənləri gördük. Həmin problem bu yay bizdə baş verə bilər, çünki keçmiş prezident Cozef Baydenin administrasiyası enerji sistemimiz üçün təhlükə yaradıb", - Burqum söyləyib.

Bundan əvvəl aprelin 28-də İspaniyada elektrik enerjisinin verilişində kütləvi fasilələr qeydə alınıb. Bu, ölkə tarixində ən böyük fasilədir.


SON XƏBƏRLƏR

03 May 2025